Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın zamanda görüşəcəklər

Tarix: 21 Feb 2024 16:15

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklər.

APA xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi almasını təsdiqləyib.

Xəbər Lenti