Bazar, 15 Noyabr, 2026
Tarix: 15 Nov 2026 23:44
Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endirdiklərini bildiriblər.
APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.
Onun sözlərinə görə, əməliyyat qarşıya qoyulan məqsədə çatıb. O, həmçinin Yəmənin cənubundakı Ləhc vilayətində Səudiyyə qüvvələrinin mövqelərinə altı ballistik raketlə hücum edildiyini, nəticədə onlarla hərbçinin öldüyünü və yaralandığını iddia edib.
Səudiyyə Ərəbistanı husilər YəmənMənbə: apa.az