16 hindistanlı tələbə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

Tarix: 14 Mar 2026 12:31

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.

Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.

İlkin Rzayev İran sərhəd təxliyə Hindistan

Xəbər Lenti