60 xarici vətəndaş İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub

Tarix: 14 Mar 2026 15:51

Gün ərzində 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.

APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxslərin Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.

Təxliyə olunanlar arasında 43 Hindistan, 6 Rusiya, 4 Kanada, 3 Tacikistan, 3 Azərbaycan və 1 Pakistan vətəndaşı var.

Təxliyə prosesi davam edir.

İlkin Rzayev İran Azərbaycan təxliyə Astara

Xəbər Lenti