Yves Leterme: İttiham etdiyimiz Azərbaycanın bizə daha çox qaz satmasını istəyirik

Tarix: 15 Mar 2026 09:54

İttiham etdiyimiz Azərbaycanın bizə daha çox qaz satmasını istəyirik.

APA xəbər verir ki, bunu Belçikanın sabiq Baş naziri Yves Leterme XIII Qlobal Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə keçirilən Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammitində bildirib.

“Bir Avropa İttifaqı vətəndaşı kimi azərbaycanlıların gözlərinə baxmağa utanıram. Bir tərəfdən onları bir çox məsələlərdə, o cümlədən insan haqlarının pozulmasında ittiham edirik, digər tərəfdən isə bu böhran dövründə onlardan bizə daha çox qaz satmalarını istəyirik. Məncə, bu, utancvericidir”,- deyə Yves Leterme qeyd edib.

Toğrul Quluzadə Yves Leterme Azərbaycan qaz

Xəbər Lenti