Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 15:44
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir.
Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir.
Milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.
Firuzə Vahid Prezident İlham Əliyev Qanun kino film xarici film