Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşib

Tarix: 16 Mar 2026 15:37

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil edilir. Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Qanuna görə, xarici prodüser əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüserdir.

Firuzə Vahid Prezident İlham Əliyev Qanun film kino prodüser

Xəbər Lenti