Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Tarix: 17 Mar 2026 19:33

Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/115819

***

18:47

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Sabirabad yol qəza xəsarət

Xəbər Lenti