Cümə axşamı, 5 Mart, 2026
Tarix: 11 Dec 2025 00:47
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb. APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.