Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 11 Dec 2025 18:53
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş keçirilir.
Bu barədə APA-ya XİN-dən bildirilib.
Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.
Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.
Firuzə Vahid Azərbaycan Macarıstan Budapeşt XİN Siyarto Ceyhun Bayramov