Narkoloji və QİÇS-lə mübarizə mərkəzlərində müalicə olunanların sayı açıqlanıb

Tarix: 18 Mar 2026 11:32

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Qeyd edilib ki, yanvar- fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 120 vətəndaş müraciəti daxil olub ki, onların 13-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 12-si narkotik asılılıqdan müalicə, 95-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 25 məktub ünvanlanıb.

Selcan Zaurqızı Narkotik statistika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Xəbər Lenti