Azərbaycan XİN: Çanaqqala Zəfəri Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz təməlini təşkil edir

Tarix: 18 Mar 2026 14:41

Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlərinin xatirəsini anıb.

APA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!, - paylaşımda qeyd edilib.

Firuzə Vahid Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlər

Xəbər Lenti