Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd edilib - FOTO

Tarix: 18 Mar 2026 14:18

Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.

APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, səfirlik əməkdaşları, Hərbi attaşelik, müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.

Çıxışlarda bildirilib ki, Çanaqqala zəfəri tarixdə mühüm yer tutur və qəhrəmanların fədakarlığı heç zaman unudulmur. Tədbir iştirakçıları Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Firuzə Vahid Bakı Türkiyə Çanaqqala səfirlik şəhidlər

Xəbər Lenti