Moskva merinin rəsmi portalında VDNX-dakı "Azərbaycan" pavilyonu haqqında məqalə dərc olunub - FOTO

Tarix: 27 Nov 2023 00:17

Moskva merinin və hökumətinin rəsmi internet səhifəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki ("VDNX") "Azərbaycan" pavilyonu haqqında məqalə dərc olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, "Tarix, mədəniyyət və sənətkarlıq: VDNX-da Azərbaycan Respublikasının sərgi və ticarət mərkəzi dörd illik fəaliyyətini qeyd edir" başlıqlı məqalədə "Azərbaycan" pavilyonunun yaranma tarixindən, 2014-2018-ci illərdə görülən bərpa işlərindən, pavilyonda 2019-cu ildən bu günə kimi keçirilən tədbirlərdən bəhs edilib.

"VDNX-nın 14 nömrəli pavilyonunda yerləşən Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzi dörd illik fəaliyyətini qeyd edir. Pavilyon 23 noyabr 2019-cu il tarixində yenidən bərpadan sonra qonaqların üzümə açılıb. Hər il pavilyonu bir milyondan çox insan ziyarət edir. Dörd il ərzində pavilyon rəsm sərgiləri, milli bayramlar, musiqi və rəqs tamaşaları da daxil olmaqla 40-dan çox tədbirə ev sahibliyi edib.

Burada mütəmadi olaraq Azərbaycanın tanınmış sənayeçiləri, rəssamları və dövlət xadimlərinə, onun tarixinə həsr olunmuş sərgilər keçirilir, oranjeriya, milli mallar mağazası, çay kafesi fəaliyyət göstərir", deyə məqalədə qeyd olunub.

Xəbər Lenti