UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub - NƏTİCƏLƏR

UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub - NƏTİCƏLƏR

Tarix: 16 Nov 2026 01:47

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.

A Liqasında Belçika İtaliyanı 4:1, Xorvatiya Çexiyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya isə İngiltərəyə 2:3 hesabı ilə uduzub. Günün digər görüşündə Fransa Türkiyəni 2:1 hesabı ilə üstələyib.

C Liqasında Finlandiya San Marinonu 7:2, Albaniya Belarus yığmasını 2:0, Monteneqro isə Kipri 4:1 hesabı ilə məğlub edib. Latviya – Ermənistan görüşündə qalib müəyyənləşməyib – 0:0.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası

A1 qrupu Fransa – Türkiyə – 2:1 Belçika – İtaliya – 4:1

A3 qrupu Xorvatiya – Çexiya – 2:1 İspaniya – İngiltərə – 2:3

C Liqası

C1 qrupu Finlandiya – San Marino – 7:2 Belarus – Albaniya – 0:2

C2 qrupu Latviya – Ermənistan – 0:0 Kipr – Monteneqro – 1:4

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti