Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 17:43
ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı, eləcə də yeni provokasiyalar regionu bir daha oda atır.
APA xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti “X” hesabında qeyd edib.
O, İranın hər cür “avantürizm”ə dərhal cavab verdiyini və bundan sonra da verəcəyini bildirib.
Vilayəti memorandumun pozulmasının bütün məsuliyyətinin ABŞ-ın üzərində olduğunu vurğulayıb.
“Müqavimət cəbhəsi təhqir və avantürizm qarşısında sakit dayanmır”, - Vilayəti deyib.
O, “müqavimət cəbhəsi”nin sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin intiqamını almaq tələbini xatırladaraq, onların regionu ABŞ qüvvələrindən “təmizləmək” üçün barmağının tətikdə olduğunu vurğulayıb.
Toğrul Quluzadə Əli Əkbər Vilayəti İran ABŞ memorandumMənbə: apa.az