ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb

Tarix: 02 Sep 2026 09:21

Xuzistan ostanının valiliyi ABŞ-ın ötən gecə həyata keçirdiyi hava zərbəsi nəticəsində indiyədək 7 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan ostanının 3 məntəqəsi ABŞ ordusunun raket zərbəsinə məruz qalıb.

Hücumlardan dərhal sonra təhlükəsizlik və yardım qüvvələri hadisə yerinə cəlb olunub.

Yaralıların vəziyyətinin qiymətləndirilməsi və hücumların dəqiq miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Haşim Rahimi ABŞ İran raket Xuzistan

Mənbə: apa.az

Xəbər Lenti