ƏƏSMN: İraq və Suriyadan repatriasiya olunmuş 500-dək şəxs xidmətlərlə təmin edilib

Tarix: 24.02.2024 11:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 500-dək şəxsi sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Agentlik hazırda 16 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.

Qurumun sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edirlər. Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılır.

Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial reabilitasiya xidmətləri həyata keçirilir.