Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 11:20
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 671,6 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 5,4% azdır.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 mln. manat təşkil edib, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 6,6% azalma deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 484,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 0,3% çoxdur.
Hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 mln. manat təşkil edib, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,5% artım deməkdir.
Emil İsmayılov Dövlət Statistika Komitəsi elektrik enerjisi qaz buxar