Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 11:16
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 346,8 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 5,2% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 4 212,1 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (4,9% azalma).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı - 3 708,2 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-fevral göstəricisindən 5,9% azdır.
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 141,6 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 41,6 dəfə artım deməkdir.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Məhsul növləri
2026-cı ilin yanvar- fevral aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Elektrik enerjisi, mln. kVt.s
4 346,8
94,8
ondan əmtəəlik
4 212,1
95,1
istilik elektrik stansiyalarının istehsalı
3 708,2
94,1
su elektrik stansiyalarının
istehsalı
276,8
67,9
külək elektrik stansiyalarının istehsalı
141,6
41,6 d.
günəş elektrik stansiyalarının istehsalı
42,7
98,6
biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki
42,8
128,9
Emil İsmayılov Dövlət Statistika Komitəsi elektrik enerjisi bərpa olunan enerji