QDTİB Azərbaycan şirkətinə 25 mln. dollar kredit ayırıb

Tarix: 19 Mar 2026 11:09

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "SOCAR Trading" şirkəti üçün maliyyələşməni genişləndirib.

“APA-Economics” xəbər verir ki, QDTİB şirkət üçün əlavə 25 milyon ABŞ dolları məbləğində vəsaiti təsdiqləyib və müvafiq saziş imzalanıb.

Məlumata görə, sözügedən maliyyələşmə 2019-cu ildə təsdiqlənmiş 50 milyon dollarlıq ticarət maliyyələşməsi layihəsinə əlavə olaraq ayrılıb. Bununla da QDTİB-nin SOCAR Trading üzrə ümumi təsdiqlədiyi maliyyələşmə həcmi 75 milyon ABŞ dollarına çatıb.

Qeyd olunur ki, vəsait xam neft və neft məhsullarının ticarəti üzrə əvvəlcədən ödənişlərin və göndərişdən sonrakı əməliyyatların maliyyələşdirilməsinə yönəlib.

Layihə çərçivəsində Azərbaycan və Rusiya mənşəli xam neftin Türkiyədə yerləşən STAR neft emalı zavoduna, eləcə də beynəlxalq bazarlara tədarükü dəstəklənir.

Qeyd edək ki, "SOCAR Trading" Azərbaycan Dövlət Neft Şirkətinin törəmə qurumu olaraq qlobal enerji bazarlarında ticarət əməliyyatlarını həyata keçirir.

Rahim Tarıverdiyev Qara Dəniz Ticarət və İnkişaf Bankı QDTİB SOCAR Trading

Xəbər Lenti