ABB xarici bankdan pay alacaq

Tarix: 19 Mar 2026 13:29

“Azərbaycan Beynəlxalq Bankı” ASC bankın aktivlərinin idarə edilməsi üzrə törəmə şirkət yaradılması məsələsini müzakirə edəcək.

“APA-Economics” xəbər verir ki, mayın 7-də bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə bankın 2025-ci il üzrə maliyyə hesabatlarının və idarəetmə hesabatının təsdiqi, eləcə də ötən ilin maliyyə nəticələri hesabına səhmdarlara dividendlərin ödənilməsi məsələsi daxil edilib. Bundan əlavə, iclasda bankın aktivlərinin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması, və “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, ümumi yığıncağın keçirilməsinə dair bildiriş 19.03.2026-cı il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcək.

İlahə Səlimova ABB Azərbaycan Beynəlxalq Bankı şirkət

Xəbər Lenti