ABB Özbəkistan bankından pay alır - EKSKLÜZİV

Tarix: 19 Mar 2026 13:57

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Özbəkistan bankından pay alır.

Bu barədə “APA-Economics”ə bank sektorundakı mənbədən bildirilib.

Məlumata görə, ABB-nin Özbəkistan bankında nəzarət səhm paketinin alması ilə bağlı məsələ səhmdarların müzakirəsinə çıxarılır.

Qeyd edək ki, ABB son bir neçə ildir ki, Özbəkistan bank bazarına çıxmağa hazırlaşırdı. Bankın rəhbərliyi bununla bağlı dəfələrlə Özbəkistanda işgüzar səfərdə olub.

Özbəkistanın hökumət nümayəndələri, müvafiq maliyyə qurumları və ölkədə fəaliyyət göstərən müxtəlif bankların, şirkətlərin rəhbərləri ilə görüşlər keçiriblər.

Görüşlərdə ölkənin maliyyə ekosistemi, Özbəkistanın aparıcı banklarının və mövcud fintek şirkətlərinin fəaliyyəti, sektorun digər əsas oyunçuları ilə bağlı müzakirələr aparılıb.

Rahim Tarıverdiyev ABB Azərbaycan Beynəlxalq Bankı şirkət

Xəbər Lenti