Şəmkirdə 65 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Tarix: 19 Mar 2026 13:53

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1961-ci il təvəllüdlü A.Məmmədov yaşadığı evin qarşısında lampanı dəyişən zaman nərdivandan yıxılıb. 65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Xəbər Lenti