Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 15:13
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, Özbəkistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Şadiyev Abdullonun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
A. Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəxs barəsində “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib və o, martın 18-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Azərbaycan beynəlxalq axtarış Özbəkistan