Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları keçirib

Tarix: 19 Mar 2026 17:27

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının donor tərəfdaşı kimi humanitar dəstək fəaliyyətləri çərçivəsində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə bu il Ramazan ayı ərzində müxtəlif ölkələrdə genişmiqyaslı tədbirlər, o cümlədən aşağıda sadalanan bir sıra humanitar aksiyalar, iftar süfrələri və yardım kampaniyaları həyata keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Suriyanın paytaxtı Dəməşq ətrafındakı rayonlarda iftar süfrələri təşkil edilib və ərzaq paketləri paylanıb.

Bildirilib ki, Əfqanıstanda qaçqın düşərgələrində 150 ailəyə, İndoneziyanın paytaxtı Cakarta şəhərində ”İstiqlal” məscidində kimsəsiz uşaqlara ərzaq paketləri çatdırılıb:

"Bununla yanaşı, Pakistanda “Sunday” talassemiya mərkəzində, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən “Xalid İbn Valid” məscidində, Qambiyada və Qvineya-Bisauda iftar məclisləri təşkil olunub

Aidiyyəti ölkələrdəki diplomatik nümayəndəliklərimiz ilə sıx koordinasiya çərçivəsində həyata keçirilmiş sözügedən tədbirlər əsasən müsəlman ölkələrində və müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə aztəminatlı əhali qruplarına dəstək məqsədi daşıyır.

İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı məkanını əhatə edən bu təşəbbüslər eyni zamanda, ölkəmizin yüksək mənəvi dəyərlərə, humanizm prinsiplərinə və əsrlər boyu formalaşmış multikulturalizm ənənələrinə sadiqliyini əks etdirir".

XİN yardım

Xəbər Lenti