Hacıqabulda qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Hacıqabulda qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Tarix: 19 Mar 2026 18:40

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə"Opel" markalı avtomobilin aşması nəticəsində baş verib.

Sürücü və 2 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Qəza səbəbilə Bakı-Qazax magistralında tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Hacıqabul qəza maşın
Hacıqabulda qəza olub, 3 nəfər xəsarət alıb - FOTO
Hacıqabulda qəza olub, 3 nəfər xəsarət alıb - FOTO
Hacıqabulda qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti