Tanınmış meyxanaçının məhkəməsi başladı

Tarix: 14.11.2023 16:27

Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir Ay Brat) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Meyxanaçı və vəkili hazırkı mərhələdə hər hansı vəsatətlərinin olmadığını deyiblər. Qərara əsasən iş məhkəmə baxışına verilib. 

Onun cinayət işini hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Xəbər Lenti