Cümə, 20 Mart, 2026
Tarix: 20 Mar 2026 11:41
Naxçıvanda “Bahar festivalı” keçirilir.
APA xəbər verir ki, Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bahar festivalı” təşkil olunur.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim edilir, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edir.
Eyni zamanda, xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunur. Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək, qonaqlara milli mətbəxin təamları təqdim edilir.
Ceyhun Məmmədov




