Şənbə, 21 Mart, 2026
Tarix: 21 Mar 2026 15:26
Bu gün saat 07:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən xəbərə görə, ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
***
saat 13.26
Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Gəncə qaz partlayış