Bazar ertəsi, 4 May, 2026
Tarix: 26 Feb 2024 11:15
Qarabağ torpaqları işğaldan azad olub, artıq o torpaqlar ermənilərin ayaq basdığı bir yer deyil, amma Xocalı ağrısını, acısını heç zaman unutmayacağıq. Çünki Xocalıda mülki əhali qətl edilib, yurd-yuvalarından didərgin salınıb.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
"Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Qarabağın bütün yüksəkliklərində dalğalanan Azərbaycan bayrağı dəyərlidir, amma Xankəndi və Xocalıda dalğalanan bayraq başqa bir dəyərə sahibdir. Qarabağın azad edilməsi türk dünyasının ən böyük zəfəridir", - deyə o qeyd edib.