, 22 Mart, 2026
Tarix: 22 Mar 2026 19:38
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1956-cı il təvəllüdlü Ə.Məmmədov və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu