, 22 Mart, 2026
Tarix: 22 Mar 2026 19:20
Ucarda yol qəzası olub, xəsarət alan var.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb.
Rayonunun Alpout kənd sakini, 1995-ci il təvəllüdlü Abbasov Təbriz Namudar oğlunun idarə etdiyi “Hyundai Santa Fe” və Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Əbəciyev Kamran Əsəbömer oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillər toqquşub.
Nəticədə “Hyundai SantaFe”nin sərnişini, Ucar rayonunun Alpout kənd sakini, 1960-cı il təvəllüdlü Rzayeva Əminə Əlikişi qızı xəsarət alıb. Fakt araşdırılır
Zahid Abışov