Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb

Tarix: 22 Mar 2026 21:07

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.

Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov Zaqatala meyit Muğanlı

Xəbər Lenti