Cümə axşamı, 26 Mart, 2026
Tarix: 26 Feb 2024 17:17
Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlət başçısı qeyd edib: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.