Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb

Tarix: 23 Mar 2026 11:30

38 yaşlı şəxsdən 12 kq narkotik vasitə götürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlkin Rzayev marixuana narkotik Lənkəran qaçaqmalçılıq

Xəbər Lenti