Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb, araşdırma aparılır - YENİLƏNİB

Tarix: 23 Mar 2026 12:23

Babək rayonunda iki nəfərin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-nın yerli bürosuna Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

***

01:06

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.

Ceyhun Məmmədov Naxçıvan meyit

Xəbər Lenti