Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Tarix: 23 Mar 2026 12:12

Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Saatlı rayon prokurorluğunun məlumat verilib.

Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Selcan Zaurqızı Baş Prokurorluq qətl cinayət işi

Xəbər Lenti