Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 23 Mar 2026 14:47
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici bazarlara 6 milyon 602 min ABŞ dolları dəyərində qara metal ixrac edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çoxdur.
Hesabat dövründə isə ölkəyə 86 milyon 719 min ABŞ dolları dəyərində qara metal idxal olunub. Bu isə ötən ilin analoji dövrünə nisbətən 23,8% azdır.
Cari ilin ilk iki ayında qara metal ixracı ümumi ixracın 0,18%-ni, idxalı isə ümumi idxalın 3,34%-ni təşkil edib. Dövr ərzində qara metal idxalı ixracı 13,1 dəfə üstələyib.
İlahə Səlimova qara metal idxal ixrac