Mingəçevirdə yol qəzasında 4 nəfər xəsarət alıb

Tarix: 24 Mar 2026 09:43

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanların “Opel”in sürücüsü Ruhani Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Əsədova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Mingəçevir yol qəza xəsarət

Xəbər Lenti