Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 09:28
Zaqatalada yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov Zaqatala yol qəzası