Yaponiya dövlət ehtiyatlarından nefti dövriyyəyə buraxacaq

Tarix: 24 Mar 2026 12:02

Yaponiya cümə axşamı (26 mart tarixində) dövlət ehtiyatlarından nefti dövriyyəyə buraxmağa başlayacaq.

“Kyodo News”un yaydığı məlumata görə, bu barədə Yaponiyanın baş naziri Sanae Takaichi bildirib.

Məlumata görə, qərar ABŞ və İsrailin İranla davam edən münaqişəsi fonunda təchizatla bağlı narahatlıqların artması və neft qiymətlərinin kəskin yüksəlməsi ilə əlaqədardır.

“Bu addım barəsində Yaxın Şərqdəki gərginliyin Yaponiya iqtisadiyyatına təsirini yumşaltmaq yollarını müzakirə etmək məqsədilə aidiyyəti Nazirlər Kabineti üzvlərinin ilk iclasında elan olunub”, - məlumatda qeyd olunur.

Emil İsmayılov Yaponiya dövlət ehtiyatları neft Yaxın Şərq İran ABŞ İsrail

Xəbər Lenti