Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 13:32
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Xəsarət alanlar deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar təcili tibbi yardım tərəfindən Lənkəran xəstəxanasına hospitalizasiya olunublar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Lənkəran yol qəzası





