ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə edilib

Tarix: 25 Mar 2026 10:30

Ötən gün qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,18% azalaraq 46 124,06 bəndə, S&P 500 0,37% azalaraq 6 556,37 bəndə, Nasdaq isə 0,84% azalaraq 21 761,89 bəndə düşüb. Eyni zamanda, NYSE Composite 0,28% artaraq 21 971,30 bəndə, S&P/TSX Composite isə 0,18% yüksələrək 31 941,59 bəndə çatıb.

Avropa bazarlarında isə qarışıq dinamika qeydə alınıb. Euro Stoxx 50 0,13% artaraq 5 581,29 bənd, FTSE 100 0,72% artaraq 9 965,16 bənd, CAC 40 0,23% artaraq 7 743,92 bənd və IBEX 35 0,13% yüksələrək 16 910,20 bənd olub. DAX isə 0,07% azalaraq 22 636,91 bəndə düşüb.

Asiya bazarlarında isə yüksək artım müşahidə edilib. Nikkei 225 2,87% artaraq 53 751,59 bənd, TOPIX 2,48% yüksələrək 3 647,86 bənd, Hang Seng 0,57% artaraq 25 207,63 bənd, CSI 300 1,20% yüksələrək 4 528,31 bənd, S&P/ASX 200 1,85% artaraq 8 534,30 bənd və MSCI Asia Pacific 1,81% yüksələrək 234,04 bənd olub.

Analitiklərə görə, ABŞ bazarlarında eniş texnologiya sektorunda satışların güclənməsi və investorların riskdən qaçma meyli ilə bağlıdır. Asiyada artım isə Yaponiyada zəif yen fonunda ixracatçı şirkətlərin səhmlərinin bahalaşması və regionda iqtisadi gözləntilərin yaxşılaşması ilə əlaqədardır. Avropada isə enerji və sənaye səhmlərində artım bazarı dəstəkləsə də, Almaniyada zəif iqtisadi siqnallar DAX indeksinə təzyiq göstərib.

Rahim Tarıverdiyev fond bazarları indeks birja

Xəbər Lenti