Beynəlxalq Enerji Agentliyi əlavə neft ehtiyatlarını bazara buraxmağa hazırdır

Tarix: 25 Mar 2026 11:43

Beynəlxalq Enerji Agentliyi zərurət yarandıqda əlavə neft ehtiyatlarını bazara buraxmağa hazırdır.

APA xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Tokioda səfəri zamanı Yaponiya Baş naziri Sanae Takaichinin agentlikdən “Orta Şərqdə müharibənin uzanması halında əlavə neftin dövriyyəyə buraxılışı” xahişinə cavab olaraq bildirib.

IEA bu ayın əvvəlində üzv ölkələrin Orta Şərq müharibəsinin təsirlərini yumşaltmaq məqsədilə ehtiyatlarından 400 milyon barrel nefti bazara buraxacağını açıqlamışdı ki, bu, tarixdə ən böyük ehtiyat buraxılışıdır.

İlqar Xudiyev Enerji Agentliyi Yaponiya əlavə neft buraxılışı

Xəbər Lenti