Tovuzda iki mərtəbəli ev yanıb - FOTO

Tarix: 25 Mar 2026 20:12

Tovuz rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayon sakininə məxsus 5 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikası cəlb olunub.

Alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində evin bütün sahəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Tovuz yanğın FHN hadisə

Xəbər Lenti