Səyyah: Qarabağda aparılan yenidənqurma işlərini görmək çox dəyərli bir təcrübədir

Tarix: 26 Mar 2026 12:43

Qarabağda aparılan yenidənqurma işlərini öz gözlərimlə görmək mənim üçün çox dəyərli bir təcrübədir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən səyyah Ailan Dekoto deyib.

“Bütün dünya Ermənistan–Azərbaycan münaqişəsi haqqında bilirdi, amma burada olmaq mənim üçün şərəf və böyük imkandır. Keçmişdə baş verənlər və arxamızda gördüyümüz bütün dağıntılara baxmayaraq, qabağa baxanda yeni, müasir binaların tikildiyini görmək mümkündür. Bu isə dağıntıdan yenidən qurulmağa keçidin necə baş verdiyini göstərir. Bunu internetdə və ya kitablarda oxumaq əvəzinə, öz gözlərimlə görmək mənim üçün çox dəyərli bir təcrübədir”, - o bildirib.

Qeyd edək ki, bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.

Elgün Gəncimsoy

Toğrul Quluzadə

Qarabağ Şərqi Zəngəzur səyyah səfər

Xəbər Lenti