İrlandiyalı səyyah: Qarabağda möhtəşəm memarlıq nümunələri var

Tarix: 26 Mar 2026 12:54

“Mən dünya səyyahıyam, bütün ölkələrdə olmuşam və artıq iki-üç gündür Azərbaycandayam”.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Ağdamda səfərdə olan finlandiyalı səyyah Kari Karanko deyib.

“Gördüklərimin hamısı çox xoşuma gəldi, bura çox gözəldir”, - finlandiyalı səyyah bildirib.

İrlandiyadan olan səyyah Damien Stakın sözlərinə görə, həm Bakıda, həm də Qarabağda möhtəşəm memarlıq nümunələri var və çox sürətli tikinti prosesi gedir: “Görünür ki, işləri tez və effektiv şəkildə aparırsınız. Bu şəhər bir neçə ildən sonra yenidən çiçəklənəcək və insanlarla dolu olacaq”.

Qeyd edək ki, bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin sayca ən böyük qrupudur.

Elgün Gəncimsoy

Toğrul Quluzadə

Qarabağ Şərqi Zəngəzur səyyah səfər

Xəbər Lenti