Şəhərsalma Forumunun XIII sessiyasının Bakı şəhərində keçirilməsinə dair saziş təsdiqlənəcək

Tarix: 28.02.2024 15:20

Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi daxil olub.

APA-nın xəbərinə görə, qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirəyə çıxarılacaq.