Cümə axşamı, 26 Mart, 2026
Tarix: 26 Mar 2026 17:53
"Qarabağa səfərdən çox zövq almışam".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən isveçli səyyah Maykl Doesseqqer deyib.
“Bu, mənim Qarabağa ilk gəlişimdir. Azərbaycana ilk dəfə deyil, amma əlbəttə ki, Qarabağa ilk dəfədir və deməliyəm ki, indiyə qədər bu qısa səfərdən çox zövq almışam. Əvvəlcə Ağdama getdik, müharibənin dağıntılarını gördük, indi isə yeni tikililəri. Xankəndi isə kifayət qədər təsirli idi. Hər şey yenidir və həqiqətən çox müasir bir şəhərə bənzəyir. İndi isə Şuşanı görməyi səbirsizliklə gözləyirəm və burada nələrin olduğunu görmək istəyirəm”, - səyyah qeyd edib.
Elgün Gəncimsoy
Toğrul Quluzadə
Qarabağ Şərqi Zəngəzur səyyah səfər